Dəniz Karnavalı - 14-20 iyul 2025

14 İyul, 2025

14 – 20 iyul tarixləri arasında əyləncə sevənləri yenidən möhtəşəm Dəniz Karnavalı gözləyir!

Həftə boyu bol əyləncə, rəngarəng şoular, batut əyləncəsi, məşhur ifaçıların iştirakı, və unikal endirimlər ilə unudulmaz anlar yaşanacaq.

Karnavalın ilk günündən etibarən DJ performansları, enerjili rəqs nümayişləri və sevilən sənətçilərin konsertləri ilə Dəniz Mall əsl bayram ab-havasına bürünəcək.

Bu il də Dəniz Karnavalında hər zövqə uyğun proqram hazırlanıb. Batut əyləncəsi həyəcan sevənlər üçün maraqlı anlar vəd edərkən, rəqs və musiqi performansları qonaqlara ritm dolu axşamlar bəxş edəcək. Vizual effektlər və lazerlərlə zənginləşdirilmiş DJ şou Azərbaycanda ilk dəfə təqdim olunacaq və tamaşaçılara tamamilə fərqli bir atmosfer yaşadacaq.
Ənənəyə sadiq qalaraq, Dəniz Mall-un mağazaları da bu karnavala xüsusi hazırlıqlar görüb. Ən dəbli məhsullarda təqdim olunan endirimlər qarderobunuzu yeniləmək və əzizlərinizi sevindirmək üçün mükəmməl fürsətdir.

Karnavalın son günü isə hər kəsi bulvar boyunca keçiriləcək parlaq və coşqulu karnaval paradı gözləyir. Rəngarəng geyimlər, ritmik musiqilər və sevincli üzlərlə dolu bu yürüş, həftənin finalını əsl bayrama çevirəcək.

Unutmayın, Dəniz Karnavalında iştirak tamamilə ödənişsizdir. Bu möhtəşəm anları qaçırmayın – sizi yalnız ən gözəl xatirələr gözləyir!
 
DƏNİZ KARNAVALI 2025 – PROQRAM

14 iyul | Bazar ertəsi

  • ⁠⁠•⁠  DJ performansı – 19:30–20:00
  • ⁠•⁠  A1 Dance Show – 19:30–20:00
  • ⁠•⁠  Orxan Zeynallı – 20:00–21:00
  • •⁠  DJ performansı – 21:00–22:00


15 iyul | Çərşənbə axşamı

  • •⁠  ⁠Batut əyləncəsi – 16:00–20:00
  • •⁠  ⁠DJ performansı – 19:30–20:30
  • •⁠  ⁠Aynabənd – 20:30–21:30
  • •⁠  DJ performansı – 21:30–22:00


16 iyul | Çərşənbə

  • •⁠  ⁠Batut əyləncəsi – 16:00–20:00
  • •⁠  ⁠DJ performansı – 19:30–20:30
  • •⁠  ⁠Glass – 20:30–21:30
  • •⁠  ⁠DJ performansı – 21:30–22:00


17 iyul | Cümə axşamı

  • •⁠  ⁠Drift maşınların sərgisi - 10:00-22:00
  • •⁠  ⁠DJ performansı – 19:30–20:30
  • •⁠  ⁠Kadir Özel – 20:30–21:30
  • •⁠  ⁠DJ performansı – 21:30–22:00


18 iyul | Cümə

  • •⁠  ⁠Drift maşınların sərgisi - 10:00-22:00
  • •⁠  ⁠DJ performansı – 19:30–20:30
  • •⁠  ⁠DJ AX – 20:30–22:00
  • •⁠  ⁠Azərbaycanda ilk dəfə – vizual effektlər və lazerlərlə şou


19 iyul | Şənbə

  • •⁠  Tango şou – 19:30–20:30
  • •⁠  ⁠Cəmilə Həşimova (Səs Azərbaycan 2025 qalibi) – 20:30–21:30
  • •⁠  ⁠DJ performansı – 21:30–22:00


20 iyul | Bazar

  • •⁠  ⁠Möhtəşəm parad – bulvar boyunca – 19:00–20:00
  • •⁠  ⁠DJ performansı – 19:30–20:30
  • •⁠  ⁠Tünzalə Ağayeva – 20:30–21:30
  • •⁠  ⁠DJ performansı – 21:30–22:00

Share

Shop & Dining

News & Updates