Bütün dünyada 2 aprel tarixi “Autizm Məlumatlandırma Günü” olaraq qeyd edilir.
Bu münasibətlə Dəniz Mall -da Orvita psixolji reabilitasiya mərkəzi ilə birgə “Autizm xəstəlik deyil, fərqlilikdir” şüarı altında tədbir həyata keçirmişdir.
Tədbirin əsas məqsədi autizm sindromlu fərdlərə diqqət çəkmək, ictimayətdə autizmin xəstəlik olmadığına dair fərqindəlik yaratmaq olub.
Tədbirdə bu sahənin mütəxəssiləri çıxış edərək insanlara ətraflı məlumat verib, eləcə də autizmli uşaqlar üçün art terapiya təşkil edilib, uşaqlara şar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin edilmişdir. Aparılmış tədqiqatlara görə dünya əhalisinin təxminən 1 faizi yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir və bu rəqəmin zamala artdığı müşayiət edilir.