Birinci mərtəbə • Kafe və restoran

Vətən

Milli mətbəximizin ruhunu və zənginliyini hiss edəcəyiniz məkana - "Vətən” restoranına xoş gəlmisiniz!

“Vətən” restoranı sizi Azərbaycan mətbəxinin zəngin çeşidlərinin və unudulmaz ənənələrinin sehrli dünyasına dəvət edir. Burada təamların hər tikəsində sevgini hiss edəcək, ətirli çaylarımızın dadından, ev üsulu ilə hazırlanmış mürəbbələrimizin şirinliyindən və müxtəlif növ nargilələrimizin bəxş etdiyi rahatlıqdan zövq alacaqsınız.

Rahatlığınız üçün geniş və eleqant banket zalları, eləcə də xüsusi komfort vəd edən VIP otaqlar xidmətinizdədir.

“Vətən” – bu sadəcə restoran deyil, milli dəyərlərimizin, ləzzətlərimizin və Azərbaycan qonaqpərvərliyinin əsl mahiyyətini yaşayacağınız bir məkandır!

Shop & Dining

News & Updates