Tanış olun! Kiçik Bakı - Kinderland!

28 May, 2021

Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı olan Kinderland ilə tanış olmağa hazırsınız?

Bakı şəhərinin kiçildilmiş versiyasına bənzəyən Kinderland uşaqlar üçün ölkədəki ilk təhsil yönümlü əyləncə parkıdır. Ümumi sahəsi 5000 m² olan əyləncə məkanı küçələri, mağazaları, teatrı və xüsusi valyutası olan gerçək bir şəhəri xatırladır. Kinderland-də uşaqlara oyun fəaliyyətləri vasitəsilə öyrənmə bacarıqları təşviq olunur və bu bacarıqlar müxtəlif təcrübələr yolu ilə onlara daimi olaraq aşılanır. Bu şəhər 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Uşaqların əylənməsi üçün 60-dan çox real həyat fəaliyyətləri təqdim olunur. Onlar həkim, yanğınsöndürən, alim, aktyor, səyahət agenti kimi bir çox müxtəlif peşələrin sahibi ola, praktiki təcrübələrlə peşələri öyrənə bilərlər.

Əylənərək öyrənməyi sevən bütün uşaqların sevimlisinə çevriləcək Kinderland Dəniz Mall-da öz balaca qonaqlarını qarşılamağı səbrsizliklə gözləyir!

Share

Shop & Dining

News & Updates