Novruzun gəlişi Dəniz Mall-da tam 3 gün boyunca qeyd edildi!

21 Mart, 2023

Novruzun gəlişi Dəniz Mall-da tam 3 gün boyunca bir-birindən maraqlı tədbirlərlə qeyd edildi!

20-23 Mart tarixlərində Dəniz Mall-da əsl Novruz ovqatı yaşandı! Yaz fəsli təmsilçisi Kosa ilə qış təmsilçisi Keçəl öz aralarında deyişərək qonaqlarla yumurta döyüşdürdü, uşaqların sevimlisi Cırtdan isə qonaqlarla bol-bol şəkil çəkdirdi. Nağara sədaları müşayiəti ilə pəhləvanlarımız qol gücü göstərdi. Tarın kəmanın səsi və bir-birindən gözəl milli rəqslərimiz qonaqlar tərəfindən qürur və alqışlarla izləndi.

Share

Shop & Dining

News & Updates