Dəniz Mall-da “Qarabağda Urbisid” sərgisi!

04 May, 2023

İşğalçıların Qarabağda törətdikləri dağıntıları əks etdirən sərgi 2 ay müddətində davam edəcək.

Aprelin 26-dan PASHA Malls dəstəyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı Dəniz Mall ticarət mərkəzimizdə “Qarabağda Urbisid” sərgisi təşkil olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.

Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda urbisid” sərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.

Şəkillərin üzərində yerləşdirilən QR kodları oxutmaqla sayt vasitəsilə daha ətraflı məlumatla tanış olmaq, eyni zamanda Qarabağın bərpası üçün ianə etmək mümkündür.

Erməni vandallarının Qarabağda törətdikləri dağıntılarla tanış olmaq istəyən hər kəsi “Qarabağda urbisid” fotosərgisinə dəvət edirik.

Gəlin, Qarabağı birlikdə daha gözəl bərpa edək!

İşğalçıların Qarabağda törətdikləri dağıntıları əks etdirən sərgi 2 ay müddətində davam edəcək.

Share

Shop & Dining

News & Updates