Dəniz mövsümü başladı!

03 İyun, 2020

Sizi qarşılamaqdan məmnunluq duyduğumuzu və Dəniz Mall-un qapılarını üzünüzə açmağın sevincini yaşadığımızı sizinlə bölüşmək istəyirik!

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin 31 may 2020-ci il saat 00:00-dan etibarən bir qisminin aradan qaldırılmasına qərar verilmişdir. Qəbul edilmiş qərarda ölkə ərazisindəki iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyətinin bərpa olunması qeyd olunmuşdur.

Beləliklə, 1 iyun 2020-ci il tarixindən etibarən Dəniz Mall ticarət mərkəzinin qapılarını üzünüzə açdığını elan etmək istəyirik! Lakin qeyd edək ki, ticarət mərkəzinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti növbəti qərara qədər dayandırılmışdır.

Bununla belə, xatırlatmaq istəyirik ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Ticarət mərkəzinə daxil olan hərkəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud qoruyucu tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Tezliklə COVID-19 pandemiyası ilə mübarizədə qalib gələrək daha sağlam və günəşli günlərdə görüşməyi diləyirik!

Share

Shop & Dining

News & Updates