Dəniz Mall-da Black Friday alış-verişinizi daha da rahat edin! Eyni gün ərzində minimum 50 AZN məbləğində alış-veriş edərək avtomobiliniz üçün 7 saatadək pulsuz parkinq imkanından yararlanın.
Kampaniya həftənin bütün günləri, həm həftəiçi, həm də həftəsonu qüvvədədir və Dəniz Mall-da fəaliyyət göstərən bütün mağaza və xidmət nöqtələrinə şamil olunur.
*Kampaniyadan yararlanmaq üçün eyni günə aid alış-veriş çekləriniz və parkinq biletinizlə Məlumat Mərkəzinə yaxınlaşmağınız kifayətdir.*
Kampaniya şərtləri
- Pulsuz parkinq əldə etmək üçün eyni gün ərzində minimum 50 AZN məbləğində alış-veriş edilməlidir.
- Minimum 50 AZN məbləğ bir və ya bir neçə çek əsasında formalaşa bilər. Alış-veriş eyni və ya fərqli mağazalarda edilə bilər.
- Yalnız eyni tarixdə həyata keçirilmiş alış-verişlərə aid çeklər qəbul olunur. Fərqli günlərə aid çeklər birləşdirilə bilməz.
- Alış-veriş məbləği təsdiqləndikdən sonra ziyarətçi 7 saatadək pulsuz parkinq hüququ qazanır.
- Pulsuz parkinq müddəti avtomobilin dayanacağa daxil olduğu andan hesablanır, çeklərin təqdim edildiyi vaxtdan deyil.
- Bütün parkinq güzəştləri ən gec saat 03:00-dək etibarlıdır.
- Avtomobil dayanacaqda 7 saatdan artıq qaldıqda və ya saat 03:00-dan sonra çıxış etdikdə, artıq müddət üçün ödəniş qüvvədə olan parkinq tariflərinə əsasən hesablanır.






