Pulsuz Parkinq Kampaniyasının Qaydaları

03 İyul, 2026

  • ⁠Kampaniya yalnız həftə içi günləri (bazar ertəsi–cümə) qüvvədədir.
  • ⁠Şənbə və bazar günləri kampaniya tətbiq edilmir.
  • ⁠Kampaniya Dəniz Mall-da fəaliyyət göstərən bütün mağaza və xidmət nöqtələrində edilən alış-verişlərə şamil olunur.
  • ⁠Pulsuz parkinq əldə etmək üçün eyni gün ərzində minimum 100 AZN məbləğində alış-veriş edilməlidir.
  • ⁠100 AZN məbləği bir və ya bir neçə çekdən formalaşa bilər.
  • ⁠Alış-veriş eyni mağazada və ya fərqli mağazalarda edilə bilər.
  • Yalnız eyni tarixdə həyata keçirilmiş çeklər birləşdirilərək nəzərə alınır. Fərqli günlərə aid çeklər qəbul edilmir.
  • ⁠Minimum 100 AZN alış-veriş təsdiq edildikdən sonra ziyarətçi 7 saatadək pulsuz parkinq hüququ qazanır.
  • ⁠7 saatlıq pulsuz parkinq müddəti avtomobilin dayanacağa daxil olduğu andan hesablanır, çekin təqdim edildiyi vaxtdan deyil.

Nümunə:

Avtomobil dayanacağa saat 13:00-da daxil olub, alış-veriş çekləri isə saat 15:00-da Məlumat Mərkəzinə təqdim edilibsə, 7 saatlıq pulsuz parkinq müddəti 13:00-dan 20:00-dək hesablanır.

Əlavə şərtlər:

  • Bütün parkinq güzəştləri ən gec saat 03:00-dək etibarlıdır.
  • ⁠Avtomobil dayanacaqda 7 saatdan artıq qaldıqda və ya 03:00-dan sonra çıxış etdikdə, artıq müddət üçün ödəniş qüvvədə olan parkinq tariflərinə əsasən hesablanır.
  • ⁠Kampaniya çərçivəsində təqdim olunan pulsuz parkinq hüququ yalnız həmin gün edilən və qaydalara uyğun alış-verişlər əsasında təqdim edilir.

Share

Shop & Dining

News & Updates