Dəniz Mall terrasında yeni konsept - Vasilchuki Chaihona No1

21 May, 2021

İlk günlərdən etibarən hərkəsin sevimlisinə çevrilən Dəniz Mall terrasına fərqli konseptə sahib yeni bir restoranın da qoşulduğunun xəbərini vermək istəyirik.

Vasilchuki Chaihona No1 seçilən dizaynı ilə bütün qonaqlarda məmnunluq hissi yaratmaq üzrə hazırlanmışdır. Vacib işgüzar görüşlər üçün xüsusi hazırlanmış VIP otaqlar, romantik cütlüklər üçün canlı musiqi həzzi, ailəsi və sevdikləri ilə zaman keçirmək istəyən hərkəs üçün əsl rahat şərait və ləzzətli yeməklər, bir sözlə, Vasilchuki Chaihona No1-də bütün qonaqları məmnun yola salmaq üçün ən kiçik detallar belə düşünülmüşdür.

Asiya, yapon, rus və çeşidli ləzzətlər təqdim edən valehedici mətbəxi ilə böyük şəhərdə əsl rahatlıq formatı vəd edən yeni sevimli məkanınız Vasilchuki Chaihona No1 artıq Dəniz Mall-da!

Share

Shop & Dining

News & Updates