
- Kampaniya yalnız həftə içi günləri (bazar ertəsi–cümə) qüvvədədir.
- Şənbə və bazar günləri kampaniya tətbiq edilmir.
- Kampaniya Dəniz Mall-da fəaliyyət göstərən bütün mağaza və xidmət nöqtələrində edilən alış-verişlərə şamil olunur.
- Pulsuz parkinq əldə etmək üçün eyni gün ərzində minimum 100 AZN məbləğində alış-veriş edilməlidir.
- 100 AZN məbləği bir və ya bir neçə çekdən formalaşa bilər.
- Alış-veriş eyni mağazada və ya fərqli mağazalarda edilə bilər.
- Yalnız eyni tarixdə həyata keçirilmiş çeklər birləşdirilərək nəzərə alınır. Fərqli günlərə aid çeklər qəbul edilmir.
- Minimum 100 AZN alış-veriş təsdiq edildikdən sonra ziyarətçi 7 saatadək pulsuz parkinq hüququ qazanır.
- 7 saatlıq pulsuz parkinq müddəti avtomobilin dayanacağa daxil olduğu andan hesablanır, çekin təqdim edildiyi vaxtdan deyil.
Nümunə:
Avtomobil dayanacağa saat 13:00-da daxil olub, alış-veriş çekləri isə saat 15:00-da Məlumat Mərkəzinə təqdim edilibsə, 7 saatlıq pulsuz parkinq müddəti 13:00-dan 20:00-dək hesablanır.
Əlavə şərtlər:
- Bütün parkinq güzəştləri ən gec saat 03:00-dək etibarlıdır.
- Avtomobil dayanacaqda 7 saatdan artıq qaldıqda və ya 03:00-dan sonra çıxış etdikdə, artıq müddət üçün ödəniş qüvvədə olan parkinq tariflərinə əsasən hesablanır.
- Kampaniya çərçivəsində təqdim olunan pulsuz parkinq hüququ yalnız həmin gün edilən və qaydalara uyğun alış-verişlər əsasında təqdim edilir.