Mağaza və restoranlar
70-dən çox sevilən brendə məxsus mağaza və restoranlar
İkinci mərtəbə • Kafe və restoran
CÀSÀ Kulinariya Mərkəzi Azərbaycanda “City&Guilds” tərəfindən akkreditasiya olunan ilk və yeganə tədris müəssisəsidir. Bir kulinariya məktəbi olaraq, CÀSÀ Azərbaycanda və xaricdə nümunəvi tədris müəssisəsi olmağa çalışır. CÀSÀ-nın missiyası Qafqaz regionunda kulinariya təhsilini formalaşdırmaq və təkmilləşdirməkdir.
2020-ci ildə əsası qoyulan CÀSÀ, 6 aylıq Kulinariya Sənəti və Şirniyat üzrə UK Diplom Proqramından tutmuş 3 aylıq Sertifikat proqramlarına və 1 aylıq intensiv təlimlərə qədər müxtəlif proqramları təmin edir.
O zamandan etibarən, bizim tələbələrimiz həm milli, həm də beynəlxalq müsabiqələrdə bir sıra mükafatlar qazanıblar. Bu müsabiqələrin arasında 2022-ci ildə İsveçrədə keçirilən “WorldSkills Special Edition” və 2023-cü ildə Hindistanda keçirilən “YCO" kimi müsabiqələr var. CÀSÀ-nın gənc aşpazları iki il ardıcıl şəkildə hər iş təşkil olunan “Qızıl Şah” müsabəqində qalib gəliblər.