Dəniz Uşaq Festivalı “Dənizçi Passportu” Kampaniyası

31 May, 2026

Dəniz Uşaq Festivalı – “Dənizçi Passportu” Kampaniyası

Kampaniya Qaydaları və Şərtləri

“Dənizçi Passportu” kampaniyası 31 may – 22 avqust 2026-cı il tarixləri arasında Deniz Mall-da keçirilir.

31 may 2026-cı il tarixindən etibarən Deniz Mall-da həyata keçirilən hər minimum 50 AZN məbləğində alış-veriş əsasında ziyarətçilər InfoDesk-ə yaxınlaşaraq xüsusi “Dənizçi Passportu” əldə edə bilərlər.

Passport əldə edilməsi və qeydiyyat

  1. Passport ilk minimum 50 AZN-lik alış-veriş çeki təqdim edildikdə verilir. 
  2. Hər passport fərdi istifadə üçündür və üzərində iştirakçının ad, soyad və unikal passport nömrəsi qeyd olunur. 
  3. Passport təqdim edilən zaman Məlumat Mərkəzi əməkdaşları tərəfindən iştirakçının qeydiyyatı aparılır. Qeydiyyat zamanı iştirakçının ad, soyad, əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsi məlumatlarının təqdim edilməsi mütləqdir.
  4. Passport başqa şəxsə ötürülə və ya istifadə üçün təqdim edilə bilməz. 
  5. İtirilmiş passportlar əvəz edilmir və möhürlər geri qaytarılmır. Deniz Mall bununla bağlı heç bir məsuliyyət daşımır. 

Möhür toplama qaydaları

  1. Kampaniya müddətində Deniz Mall daxilində bir mağazada edilən hər minimum 50 AZN alış-verişə görə passporta 1 möhür vurulur. 
  2. Müxtəlif mağazalardan edilən alış-veriş məbləğləri birləşdirilərək 50 AZN hesab edilmir. Hər möhür yalnız eyni mağazada edilən minimum 50 AZN alış-veriş əsasında təqdim olunur. 
  3. Eyni çek üzrə hər 50 AZN məbləğ üçün yalnız bir dəfə möhür əldə etmək mümkündür. 
  4. Möhür əldə etmək üçün alış-veriş çeki və şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. 
  5. Möhürlər alış-veriş tarixlərinə uyğun olaraq vurulur və 31 may 2026-cı il tarixindən əvvəl edilən alış-veriş çeklərinə möhür əlavə edilmir. 
  6. Məlumat Mərkəzi həftə ərzində ticarət mərkəzinin iş saatları ərzində fəaliyyət göstərəcək və iştirakçılar çeklərini təqdim edərək möhürlərini əldə edə biləcəklər. 

Həftəlik qaliblərin müəyyən olunması

  1. Hər həftənin bazar günü ən çox möhür toplamış 5 passport sahibi qalib hesab ediləcəkdir. 
  2. Qalib seçilərkən ötən həftənin bazar günündən etibarən, seçim ediləcək həftənin şənbə günü daxil olmaqla toplanan möhürlər sayılır. 
  3. Qaliblər Deniz Mall tərəfindən təqdim olunan 500 AZN dəyərində hədiyyə kuponu paketi əldə edəcəklər. 
  4. Hədiyyə kuponu paketlərinə Deniz Mall daxilində fəaliyyət göstərən müxtəlif brendlərin hədiyyə kartları daxil ediləcəkdir. 
  5. Qaliblərin müəyyən olunması zamanı yalnız həmin həftə ərzində toplanmış möhürlər nəzərə alınır. 
  6. Bir həftəyə aid möhürlər növbəti həftəyə keçirilmir və iştirakçı əvvəlki həftələrin möhürləri ilə növbəti həftənin seçimində iştirak edə bilməz. 
  7. Qalib seçimində iştirak etmək üçün minimum 10 möhür tələb olunur. 
  8. Maksimum möhür limiti yoxdur. 
  9. Qaliblərin müəyyən olunması zamanı passportdakı möhürlərə uyğun bütün çeklərin və passport sahibinin şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir. 
  10. Çeklərdən hər hansı biri təqdim edilmədikdə iştirakçı qalib hesab edilmir. 
  11. Hədiyyələrin təqdim edilməsi zamanı passport təqdim olunmadıqda iştirakçı qalib hesab edilmir.
  12. Təşkilatçı tərəfindən müəyyən edildiyi halda ki, təqdim olunan çeklər iştirakçının öz alış-verişinə aid deyil və müxtəlif şəxslərdən toplanmışdır, həmin iştirakçı qalib elan edilmək hüququnu itirir və nəticələr etibarsız hesab olunur.

Festival zonalarına giriş hüququ

  1. Şənbə və bazar günləri fəaliyyət göstərən festival zonalarına giriş “Dənizçi Passportu”nda mövcud olan minimum 1 möhür vasitəsilə mümkündür. 
  2. Şənbə günü zonaya giriş üçün tələb olunan möhür yalnız həmin şənbə günü qazanılmış olmalıdır. 
  3. Bazar günü zonaya giriş üçün tələb olunan möhür yalnız həmin bazar günü qazanılmış olmalıdır. 

Minimum 1 möhür iştirakçıya ticarət mərkəzi daxilində yerləşən:

  • Dəniz quldurları zonası
  • Sirk zonası
  • Planetlər zonası
  • Okean zonası

Ərazilərinə giriş və həmin zonalarda təşkil olunan əyləncə fəaliyyətlərindən istifadə imkanı yaradır. 

  1. Uşaq zonaları 12 iyuladək şənbə və bazar  günləri saat 12:00-22:00-dək  fəaliyyət göstərəcək. 
  2. Əvvəlki günlərdə və ya əvvəlki həftələrdə qazanılmış möhürlər həftəsonu zonalara giriş üçün keçərli hesab edilmir.

Məhsul qaytarılması

  • Alınmış məhsul geri qaytarıldığı halda həmin alış-veriş əsasında passporta vurulan möhür ləğv edilir və passportdan silinir. 
  • Məhsul qaytarılması nəticəsində iştirakçının möhür sayı dəyişə və qalib statusu etibarsız hesab oluna bilər. 

Kampaniyada keçərli olmayan məkanlar

Kampaniya aşağıda qeyd olunan məkanlarda keçərli deyil:

  • Bir-İki Dönər
  • Burger King
  • McDonald’s
  • KFC
  • Papa John’s
  • Köfteci Ramiz
  • MADO
  • Əjdaha Döner
  • Pidem
  • Mochiki
  • Cadoro
  • Bravo Supermarket 

Kontakt Home və iSpace mağazalarında yalnız nağd alış-verişlər zamanı möhür vurula bilər və maksimum 5 möhür əldə etmək mümkündür. 

Digər şərtlər

  1. Kampaniya üzrə hədiyyələr və seçim mexanikası təşkilatçı tərəfindən müəyyən edilir. 
  2. Təşkilatçı kampaniya qaydalarında dəyişiklik etmək hüququnu özündə saxlayır. 
  3. Kampaniyanın ən aktual və tam şərtləri @denizmall_official​​​​​​ Instagram səhifəsi və Dəniz Mall-un rəsmi internet saytı üzərindən paylaşılır və son versiya həmin platformalarda yerləşdirilən qaydalar hesab olunur.

Pulsuz parkinq qaydaları:

  • Kampaniya yalnız həftə içi günləri (bazar ertəsi – cümə) qüvvədədir.
  • Şənbə və bazar günləri kampaniya tətbiq edilmir.
  • Parkinq güzəşti üçün möhür alma qaydaları Dənizçi Pasportu kampaniyasının möhür toplama qaydaları ilə eynidir.
  • Parkinqdən ödənişsiz istifadə etmək üçün minimum 2 möhürünüz olmalıdır, yəni ticarət mərkəzində 100 AZN dəyərində alış-veriş etməlisiniz. 
  • Möhür almaq üçün keçərli olmayan məkanlar yuxarıda qeyd edilib. 
  • 7 saatlıq pulsuz dayanacaq müddəti çeki təqdim etdiyiniz andan deyil, avtomobilin dayanacağa daxil olduğu andan hesablanır.

Nümunə:

  • Əgər avtomobil dayanacağa saat 13:00-da daxil olubsa və siz çekinizi saat 15:00-da təqdim etmisinizsə, 7 saatlıq limit giriş vaxtından hesablanır və güzəşt saat 20:00-dək qüvvədə olur.
  • Bütün parkinq güzəştləri ən gec saat 03:00-dək etibarlıdır.
  • 7 saatlıq limitdən artıq və ya saat 03:00-dan sonrakı müddət üçün ödəniş qüvvədə olan tariflərə uyğun hesablanır.
  • 7 saatdan sonra qaldığınız hər saat üçün ənənəvi tariflərə uyğun ödəniş etməlisiniz.

Share

Shop & Dining

News & Updates